Bakı. Trend:
Paytaxtın Binəqədi rayonu, Emin Bağırov küçəsində, 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirlib ki, hadisə zamanı 1 ədəd düyməli piyada işıqforu yararsız hala düşüb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor quraşdırılacaq.