...

Aktauda təyyarənin qəzaya uğraması zamanı köməklik göstərən şəxslər mükafatlandırılıb

Dünya xəbərləri Materials 5 Yanvar 2025 18:27 (UTC +04:00)
Aktauda təyyarənin qəzaya uğraması zamanı köməklik göstərən şəxslər mükafatlandırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Manqistau vilayətinin akimi Nurdaulet Kilybay Aktauda baş vermiş təyyarə qəzasından sonra əməliyyat iştirakçılarına dövlət mükafatları və təşəkkürnamələr təqdim edib.

Trend-in məlumatına görə, III dərəcəli “Aybın” ("Şücaət") ordeni ilə üç yanğınsöndürmə xidmətinin əməkdaşı, o cümlədən yanğınsöndürənlər və bölmə komandiri təltif edilib.

“İgidliyə görə” medalı ilə Fəlakət Təbabəti Mərkəzinin pilotları və həkimləri, həmçinin xilasedicilər təltif ediliblər. “Əməkdə fərqlənməyə görə” medalı Fəlakət Təbabəti Mərkəzinin psixoloquna təqdim edilib.

Faciənin nəticələrinin aradan qaldırılmasında fəal iştirak edən yanğınsöndürmə bölmələrinin və tibb müəssisələrinin əməkdaşlarına Qazaxıstan Prezidentinin təşəkkürnamələri təqdim olunub.

Ümumilikdə 68 nəfər, o cümlədən 24 Fövqəladə Hallar Departamentinin əməkdaşı və 44 müxtəlif sahə təmsilçisi mükafata layiq görülüb. Mükafatları fövqəladə hallar naziri adından idarənin rəisi Murat Muxanov təqdim edib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti