Bakı. Trend:
Fələstinin Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanası fəaliyyətini tamamilə dayandırıb.
Trend-in anklavın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xəstəxana artıq xəstələrə və yaralılara heç bir tibbi xidmət göstərmir. Nazirliyin bəyanatında qeyd olunub ki, Beyt Lahiya kəndində yerləşən bu xəstəxana İsrail tərəfindən dəfələrlə atəşə tutulub.
Qeyd edək ki, İndoneziya xəstəxanası Qəzza zolağının şimalında fəaliyyət göstərən üç əsas tibb müəssisəsindən biri idi. Xəstəxananın bağlanması bölgədə səhiyyə xidmətlərinə ağır zərbə vurub.