Bakı. Trend:
Çili Prezidenti Qabriel Boric Antarktidaya səyahət edərək Cənub Qütbünü ziyarət edən ilk Latın Amerikası lideri olub.
Trend xəbər verir ki, bu barədə prezident administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Prezident Boriçlə yanaşı, səfərdə müdafiə naziri Maya Fernandes, ətraf mühit naziri Maisa Roxas, Çilinin hava, dəniz və quru qoşunlarının komandirləri, eləcə də iki çilili alim iştirak edib.
Antarktidadan canlı çıxış edən Boric vurğulayıb ki, onun bu səfəri Antarktidanın elm və sülh qitəsi statusunu qoruyub saxlamaq və bu öhdəliyi uzun illər davam etdirmək niyyətini bir daha təsdiqləyir.
Qeyd edək ki, Çilinin Antarktidada dörd aktiv daimi və bir neçə mövsümi stansiyası mövcuddur.