Bakı. Trend:
Tbilisidə və Gürcüstanın iri şəhərlərində hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb.
Trend, Mtavari Arkhi televiziya şirkətinə istinadən xəbər verir ki, etirazçılar yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.
“Etirazın 38-ci günündə iştirakçılar Kutaisi şəhərinin mərkəzində, Batumidə Konstitusiya Məhkəməsinin qarşısında, Zuqdididə və Tbilisidə parlament binasının qarşısında toplaşıblar”, - məlumatda qeyd olunur.