Bakı. Trend:
İtaliyanın Baş Naziri Corcia Meloni şənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına səfər edib.
Trend-in "New York Times"a istinadən verdiyi məlumata görə, görüşün məqsədi Meloninin Avropada Trampın əsas müttəfiqi kimi mövqeyini gücləndirməkdir. Görüşün konkret gündəliyi açıqlanmasa da, Meloninin Tramp və Respublikaçılar Partiyası ilə Avropa ilə fikir ayrılıqlarını yumşaltmaq məsələlərini müzakirə etdiyi bildirilir.
Bu səfər, ABŞ Prezidenti Co Baydenin yanvarın 9-12-də İtaliyaya planlaşdırılan səfərindən cəmi bir neçə gün əvvəl baş tutub. Baydenin səfəri zamanı Meloni və Papa Fransisklə görüşlər keçirməsi nəzərdə tutulub.
xxx
01:22
İtaliyanın baş naziri Corcia Meloni, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşmək üçün Floridaya səfər edib.
Trend xəbər verir ki, bu barədə “Messaggero” qəzeti məlumat yayıb.
Meloninin ABŞ-a etdiyi bu səfər, prezident Co Baydenin yanvarın 9-da baş tutacaq Roma səfərindən əvvəl gerçəkləşir.