...

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib

Cəmiyyət Materials 6 Yanvar 2025 10:01 (UTC +04:00)

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib.

Vakansiyaları təqdim edirik:

Riyaziyyat, Filologiya, Fizika, Psixologiya fakültələri üzrə dekan müavinləri

İş barədə məlumat:

  • Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;
  • Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;
  • müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki köməklik göstərir;
  • semestr imtahanlarının keçirilməsində iştirak edir;
  • Fakültədə, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;
  • Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Profilə uyğun baza təhsili;

  • Elmi dərəcə və elmi ad;
  • 3 il elmi-pedaqoji staj;
  • MS Office ( sərbəst işləmə bacarığı );
  • Azərbaycan və rus dillərini bilməsi zəruridir.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.01.2025-ci il tarixinədək göndərə bilərlər.

Riyaziyyat, Fizika, İqtisadiyyat, Kimya fakültələri üzrə dispetçerlər

İş barədə məlumat:

  • ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;
  • hər bir fakültədə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində, imtahan günlərində nəzərə almaq;
  • tələbələrin davamiyyəti, semestr boyu qiymətləri və imtahan nəticələri barədə fakültə dekanını məlumatlandırmaq və tədris-metodiki şöbəyə məlumatları vermək;

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Ali təhsil (bakalavr və ya magistr)

• Yaş : 21 – 50

• MS Office ( sərbəst işləmə bacarığı );

  • Azərbaycan və rus dillərini bilməsi zəruridir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.01.2025-ci il tarixinədək göndərə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti