Bakı. Trend:
Rusiyanın Kirov rayonunun Kilmez qəsəbəsində birmərtəbəli taxta evdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, birmərtəbəli ev yanıb. Yanğının sahəsi 480 kv. metr olub.
İlkin olaraq hadisə yerindən üç nəfərin, dağıntılar təmizlənərkən daha beş nəfərin meyiti aşkarlanıb.