...

Roma Papası münaqişələrdə humanitar qanunlara riayət etməyə çağırıb

Dünya xəbərləri Materials 6 Yanvar 2025 03:41 (UTC +04:00)
Roma Papası münaqişələrdə humanitar qanunlara riayət etməyə çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk beynəlxalq ictimaiyyəti münaqişələrdə humanitar qanunlara riayət olunmasını təmin etmək üçün birgə hərəkətə çağırıb.

Trend xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı mülki insanlara, məktəblərə, xəstəxanalara və iş yerlərinə hava zərbələri endirilməsinin dərhal dayandırılmasının zəruriliyini bildirib: “Müharibədə haradasa xəstəxanaların və məktəblərin necə dağıdılmasını görmək çox kədərlidir”.

Fransisk beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki strukturların və ibadət yerlərinin bütövlüyünə hörmət göstərilməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti