...

ABŞ-da çovğun və buzlanma 62 milyon insana təsir edə bilər

Dünya xəbərləri Materials 5 Yanvar 2025 07:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın mərkəzi hissəsindən şərq sahillərinə qədər uzanan geniş ərazi güclü qar yağışı, buzlanma və tufanlarla üzləşəcək.

Trend-in CNN-ə istinadən verdiyi məlumata görə, şənbə günündən bazar ertəsinə qədər davam edəcək pis hava şəraiti təxminən 2 min km məsafəyə yayıla bilər və 62 milyon insana təsir göstərə bilər.

Meteoroloqlar Missuri, İllinoys, İndiana, Ohayo və Qərbi Virciniya ştatlarında bir futdan çox qar yağacağını proqnozlaşdırır. Güclü küləklər və buzlanma elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

Merilend, Delaver və Kentukki ştatlarında buzlu yollar səyahətləri pozmaq riski daşıyır. Luiziana, Arkanzas və Missisipi ştatlarında isə güclü yağış və tufanların bəzi ərazilərdə daşqına yol açacağı ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti