...

"Credit Suisse" bankının nasist rejimi ilə əlaqələri ortaya çıxdı

Dünya xəbərləri Materials 5 Yanvar 2025 04:51 (UTC +04:00)
"Credit Suisse" bankının nasist rejimi ilə əlaqələri ortaya çıxdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin "Credit Suisse" bankının Almaniyanın nasist rejimi ilə əvvəllər düşünüldüyündən daha yaxın əlaqələrə malik olduğu ortaya çıxıb.

Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

2021-ci ildə müstəqil ombudsman Nil Barofski bankın nasistlərlə əlaqələrini araşdırmağa başlayıb. Lakin "Credit Suisse" onun araşdırmalarını "həddini aşdığı" səbəbilə dayandırmağa çalışıb və onu işdən uzaqlaşdırıb. Buna baxmayaraq, Barofski yenidən işinə bərpa olunaraq araşdırmasını davam etdirib.

İstintaq nəticəsində bankın nasist vəhşiliklərində iştirak edən 13 tanınmış nasist və tərəfdaşları da daxil olmaqla, onlarla fiziki və hüquqi şəxslə əlaqələrinin olduğu aşkar edilib.

Araşdırma həmçinin bankın nasistlərlə olan əlaqələrini gizlətdiyini və məlumatları bölüşməkdən imtina etdiyini ortaya çıxarıb.

Xəbər lenti

Xəbər lenti