...

Rusiyada "Şaxta baba" biznesmeni qətlə yetirdi

Maraqlı Materials 3 Yanvar 2025 13:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba qiyafəsində olan bir şəxs yerli iş adamını güllələyib.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 2-də qeydə alınıb.

Nəşrin yazdığına görə, qoşalülə tüfənglə qətli törədən şəxs keçmiş məhbus, qətl qurbanı isə əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış biznesmendir.

İlkin araşdırmaya görə, cinayətin törədilməsində motiv intiqam olub.

“Şaxta baba” keçmiş hüquq-mühafizə orqanı əməkdaşının onu həbsə göndərməsinin “əvəzini çıxıb”, - məlumatda deyilir.

Qatil hadisə yerindən qaçsa da, çox keçmədən əməliyyatçılar tərəfindən saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib və məhz tanınmaması üçün Şaxta Baba qiyafəsindən istifadə etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti