...

Qazaxıstanda erkən seçkilər keçiriləcək? - Tokayevdən AÇIQLAMA

Dünya xəbərləri Materials 3 Yanvar 2025 10:17 (UTC +04:00)
Qazaxıstanda erkən seçkilər  keçiriləcək? - Tokayevdən AÇIQLAMA
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Siyasi konyunkturaya uyğun olaraq tarixi tələsik şəkildə yenidən yazmaq olmaz və ondan daha da təhlükəlisi tarixi ağ vərəqdən yenidən yazmağa çalışmaqdır.

Trend-in xəbərinə görə, bu haqda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yerli KİV-ə müsahibəsində bildirib.

“Parlament sistemi, şübhəsiz ki, mövcud olmağı haqq edir. Bir sıra Avropa və hətta Asiya ölkələrində dərin köklər salıb”, - deyə Tokayev bildirib.

Tokayev qeyd edib ki, post-sovet ölkələrində parlament sistemi hələlik özünü yaxşı tərəfdən göstərə bilməyib, belə ki, Gürcüstanda yaşanan son hadisələr açıq-aşkar şəkildə gəlinən bu qənaətin xeyrinədir.

Qazaxıstanlı dövlət başçısı əmindir ki, prezident idarəetmə üsulu yaxın gələcəkdə Qazaxıstan üçün ən optimal üsul olaraq qalacaq. O qeyd edib ki, ölkənin siyasi strukturunda istənilən dəyişiklik sabitliyin və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə pərdə arxasında deyil, məhz ümumxalq referendumu yolu ilə həll edilməlidir.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatları şərh edən Tokayev bu kimi “şayiələrin əsassız olduğunu” diqqətə çatdırıb.

“Hesab edirəm ki, informasiya hay-küyü məqsədli şəkildə yaradılır”, - deyə prezident bildirib.

O əlavə edib ki, Qazaxıstan parlamentinin deputatları məhsuldar fəaliyyət göstərir, vətəndaş və siyasi məsuliyyət nümayiş etdirirlər

Tokayev, həmçinin, onu da qeyd edib ki, seçkilər qanunvericilikdə nəzərdə tutulmuş tarixdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti