...

Avropada qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb

Energetika Materials 3 Yanvar 2025 00:55 (UTC +04:00)
Avropada qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropada qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çataraq meqavat/saat üçün 50 avronu keçib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Məlumata əsasən, bu, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması, Norveçin Hammerfest LNG müəssisəsində fasilələr və bəzi ölkələrdə şiddətli şaxtalar fonunda baş verib.

Avropada qaz ehtiyatlarından istifadə sürəti 2021-ci ildən bəri ən yüksək həddə çatıb. "Gas Infrastructure Europe" təşkilatının məlumatına əsasən, 31 dekabr 2024-cü il tarixinə Avropada qaz anbarlarının səviyyəsi pik dəyərlərlə müqayisədə 25 faiz azalıb. Çatışmazlıq təhlükəsi olmasa da, Avropa ölkələri növbəti istilik mövsümü üçün ehtiyatları artırmaqda çətinliklərlə üzləşəcək.

Эксперты также подчеркивают, что Европе придется конкурировать за сжиженный природный газ с азиатскими странами в летние месяцы. Высокие цены на газ создают давление на энергетический рынок, а перебои в поставках усиливают нестабильность.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti