Bakı. Trend:
Litva İsveç istehsalçısı ilə 14 milyon avroya "Carl Gustaf" tank əleyhinə qumbaraatanların alınması üçün müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bu barədə Litvanın Müdafiə Nazirliyi xəbər verib.
"Müdafiə Resursları Agentliyi İsveçin "SAAB Bofors Dynamics AB" şirkətindən 14 milyon avroya "Carl Gustaf" tank əleyhinə qumbaraatanların alınmasına dair müqavilə imzalayıb", - deyə bildirilib.
Qeyd olunub ki, silahlar 2025-2026-cı illərdə Litvaya gələcək.