Bakı. Trend:
Koreya Respublikası 2024-cü ildə 9,5 milyard dollar dəyərində silah ixrac edib ki, bu da 15 milyard dollar səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 1,5 dəfə azdır.
Trend xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Müdafiə məhsullarının ixracı ardıcıl ikinci ildir ki, azalır. 2022-ci ildə Koreya Respublikası rekord həcmdə – 17,3 milyard dollar, 2023-cü ildə isə 13,5 milyard dollar dəyərində silah tədarük edib.