Bakı. Trend:
“Araz-Naxçıvan” qış fasiləsindən sonra yoluna yeni baş məşqçi ilə davam edəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Bildirilib ki, son çempion Evqeni Kukseviçlə anlaşıb. Rusiyalı mütəxəssislə müqavilə 5 ay+1 il müddətini əhatə edəcək.
Kukseviç müxtəlif illərdə Rusiyanın “Sibiryak” və “Norilski Nikel” komandalarını çalışdırıb. 53 yaşlı Kukseviç məşqçi kimi Rusiya çempionatının gümüş və bürünc medallarını, 2019/2020-ci il mövsümündə isə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, mövsümə Vitali Borisovun rəhbərliyi altında başlayan “Araz-Naxçıvan”ı daha sonra Predraq Rayiç çalışdırıb. Komanda Yüksək Liqanın 8 turundan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb və lider “Baku Fire”dən 6 xal geri qalır.