Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqdən 20 km cənubda, Sasa şəhəri yaxınlığında yerləşən keçmiş Suriya ordusunun 90-cı zirehli briqadasının bazasına hücum edib.
Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hava hücumundan sonra hərbi obyektdə bir neçə güclü partlayış səsi eşidilib.
Bildirilib ki, bu bazada iranpərəst birləşmələr də yerləşdirilmişdi, raket sistemləri və elektron döyüş sistemləri orada yerləşirdi.