...

Bakıda avtobus qəzasında yaralananların vəziyyəti AÇIQLANDI

Cəmiyyət Materials 4 Yanvar 2025 13:11 (UTC +04:00)
Bakıda avtobus qəzasında yaralananların vəziyyəti AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 11:46 radələrində 1982 və 1999-cu il təvəllüdlü şəxslər (qadın cinsli) başın açıq yarası, belin yüngül əzilməsi, fəqərə sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Trend-in soruğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.

Onun sözlərinə görə, yaralılara ilkin tibbi yardım göstərilib və zəruri tibbi müayinələrdən keçirilib.

"Hazırda vəziyyətləri stabil qiymətləndirilir", - o bildirib.

Qeyd edək ki, bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. Belə ki, 99 JZ 185 dövlət qeydiyyat nişanlı "Baku Bus" avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-022 qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtobusda olan bir nəfər sərnişin həyatını itirib, iki nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti