Bakı. Trend:
Danimarka polisi, Kopenhagendən təxminən 40 km aralıda yerləşən Køge limanı ərazisində 20-yə yaxın naməlum dronun görünməsi ilə bağlı xəbərləri araşdırır.
Trend-in məlumatına görə, hüquq-mühafizə orqanları bu barədə press-reliz yayıb. Hadisə şahidləri, cümə günü axşam saatlarında hadisə yerinə gələn polisin səmada 4 cihaz gördüyünü bildiriblər. Pilotsuz təyyarələr yüksək sürətlə suyun üzərində yoxa çıxıb.
Hüquq-mühafizə orqanları hazırda dronların haradan gəldiyini və nə məqsədlə istifadə edildiyini öyrənməyə çalışır.