Bakı. Trend:
"Monako" futbol klubu baş məşqçi Adi Hütterlə müqaviləni iki il uzadıb.
Trend xəbər verir ki, klubun mətbuat xidməti tərəfindən yayılan məlumata əsasən, avstriyalı mütəxəssislə yeni razılaşma 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Adi Hütter 2023-cü ilin yayından etibarən "Monako"ya rəhbərlik edir.
Qeyd edək ki, "Monako" Fransa çempionatının 2024/2025 mövsümündə 16 turdan sonra 30 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komanda sabah Fransa Superkuboku uğrunda PSJ ilə qarşılaşacaq.