Bakı. Trend:
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib.
FHN-dən Trend-ə bildirilib ki, yanğın nəticəsində evin iki otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə məhv olub. Evin digər hissələri yanğından mühafizə olunub.
Hadisə yerinə cəlb edilən yanğından mühafizə bölmələri alovu tez bir zamanda söndürərək, yanğının genişlənməsinin qarşısını alıblar.