Bakı. Trend:
Slovakiyanın baş naziri Robert Fitso və ölkə hökuməti qaz tranzitinin dayandırılmasından sonra Ukraynaya qarşı cavab tədbirlərini müzakirə edəcəklər.
Trend-in məlumatına görə, bu barədə "Dennik N" xəbər portalı bildirib.
Robert Fitso bildirib ki, Rusiya qazının tranzitinin dayandırılması "Zelenskinin təxribatıdır". Baş nazir təsdiqləyib ki, Slovakiya hökumətinin nümayəndələri gələn çərşənbə axşamı Brüsseldə tranzitin dayandırılmasını müzakirə edəcəklər. Nümayəndə heyəti qayıtdıqdan sonra cavab tədbirləri müzakirə olunacaq.
""İstiqamət - Sosial Demokratiya" [partiyasının] adından sizə bildirirəm ki, biz danışıqlara hazırıq və koalisiya çərçivəsində elektrik enerjisinin verilməsini dayandırmağa və Slovakiyada yerləşən Ukrayna vətəndaşlarına dəstəyi əhəmiyyətli dərəcədə azaltmağa razıyıq", - deyə baş nazir qeyd edib.