Bakı. Trend:
Türkiyənin Malatya şəhərinin Darende rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların ocağı 10,4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.