...

ABŞ-də ilk dəfə spirtli içkilərin üzərinə xərçəng xəbərdarlığı etiketi vurulacaq

Dünya xəbərləri Materials 4 Yanvar 2025 16:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı: Trend

ABŞ-də tütün məmulatlarında olduğu kimi spirtli içkilərin də üzərinə icbari olaraq xərçəng xəstəliyi riski ilə bağlı xəbərdarlıq etiketləri vurula bilər.

Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, ölkənin aparıcı səhiyyə rəsmisi belə bir çağırışla çıxış edib. Çağırışda ABŞ baş cərrahı Vivek Mörti amerikalıların böyük əksəriyyətinin hər il ABŞ-də 100 mindən çox xərçəngə tutulma və 20 mindən çox ölüm hallarına yol açan bu riskdən bixəbər olduqlarını qeyd edir.

Həkim Konqresin 1988-ci ildən bəri dəyişilməyən xəbərdarlıq etiketləri ilə bağlı mövcud qaydaların dəyişdirilməsini istəyir.

“İnsanın qəbul etdiyi alkoqolun növündən asılı olmayaraq (pivə, çaxır, digər spirtli içkilər) spirtli içkidən istifadə ilə xərçəng riski arasında olan əlaqə azı yeddi xərçəng xəstəliyi növü üçün təsdiq olunub”, - baş həkim bildirib.

Həkim cəmiyyətdə spirtli içkinin zərərləri barədə məlumatlılığın artırılması üçün xəbərdarlıq tipli etiketlərin şərab məhsullarının üzərinə vurulmasının vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti