...

"Qarabağ" hazırlığa start verdi

İdman Materials 3 Yanvar 2025 20:57 (UTC +04:00)
"Qarabağ" hazırlığa start verdi

Bakı. Trend:

"Qarabağ" 2024/25 mövsümünün ikinci yarısının hazırlığına start verib.

Trend xəbər verir ki, klubun mətbuat xidmətinin açıqlamasına görə, 2025-ci ilin ilk məşqi “Azersun Arena”da baş tutub.

Futbolçular öncə fitnes hazırlıq keçib, ardınca toplu çalışmaları yerinə yetiriblər. Zədədən sonra komandaya qoşulan Aleksey İsayev, Bəhlul Mustafazadə və Kevin Medina kollektiv hazırlıqlara qatılıblar. Bədavi Hüseynov isə müalicə-bərpa prosesini davam etdirir.

Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək XIX turun matçları ilə başlayacaq. "Qarabağ" ayın 17-də “Şamaxı” ilə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti