...

Dəməşq hava limanında beynəlxalq uçuşlar yanvarın 7-dən bərpa ediləcək

Dünya xəbərləri Materials 4 Yanvar 2025 18:37 (UTC +04:00)
Dəməşq hava limanında beynəlxalq uçuşlar yanvarın 7-dən bərpa ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya Mülki Aviasiya İdarəsinin rəhbəri Əşhəd əs-Suleybi Dəməşq hava limanının 2025-ci il yanvarın 7-dən beynəlxalq uçuşları qəbul etməyə başlayacağını elan edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Əşhəd əs-Suleybi bu qərarı açıqlasa da, hava limanının hansı aviaşirkətlərin uçuşlarını qəbul edəcəyini dəqiqləşdirməyib.

“Ərəb və digər xarici hava yollarını əmin edirəm ki, tərəfdaşlarımızın dəstəyi ilə Dəməşq və Hələb hava limanlarının fəaliyyətini tam bərpa etmək üçün çalışırıq,” – deyə o bildirib.

Qeyd edək ki, 2024-cü ilin sonunda Dəməşq hava limanı daxili reyslərin bərpasını həyata keçirib.

Xəbər lenti

Xəbər lenti