...

Fransızların 60 faizdən çoxu Makronun istefasını istəyir - Sorğu

Dünya xəbərləri Materials 4 Yanvar 2025 10:41 (UTC +04:00)
Fransızların 60 faizdən çoxu Makronun istefasını istəyir - Sorğu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransızların 60 faizindən çoxu fransa prezidenti Emmanuel Makronun istefasını istəyir.

Trend xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə istinadən məlumat yayıb. Respondentlərin 61% hazırkı dövlət başçısının istefasını dəstəkləyir.

Nəşrin yazdığına görə, bu göstərici 2024-cü ilin sentyabr ayından bəri 7 faiz yüksəlib. Sorğunun nəticələrinə görə respondentlərin yalnız 38%- i Makronun istefasının əleyhinə çıxıb, sorğu iştirakçılarının 1%-i isə bitərəf qalmağa üstünlük verib.

İctimai rəy sorğusu 2-3 yanvar tarixlərində keçirilib və sorğuda ümumilikdə 1005 nəfər iştirak edib.

Bundan başqa, respondentlərin 62% prezident Makronu avtoritar bir lider kimi xarakterizə edib. Fransızların böyük əksəriyyəti Fransua Bayrunun ilin sonuna kimi baş nazir postunda qala bilməyəcəyini hesab edir. Respondentlərin 86% əmindir ki, Fransa prezidenti 2025-ci ilə kimi yeni baş nazir təyin etməyə məcbur qalacaq.

Qeyd edilir ki, Makron Demokratik Hərəkat partiyasının 73 yaşlı liderini dekabrın 13-də baş nazir təyin etmişdi. Onun sələfi Mişel Barnye dekabrın 4-də Milli Assambleyada keçirilən etimadsızlıq səsverməsindən sonra istefa verməli olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti