Bakı. Trend:
Kolumbiyanın cənubunda avtobus uçurumdan aşıb.
Trend xəbər verir ki, bu barədə nəqliyyat naziri Mariya Konstantsa Qarsiya məlumat verib.
Hadisə nəticəsində 13 nəfər ölüb, 18 nəfər yaralanıb. Avtobus Kali şəhərindən Ekvadorla sərhəddə yerləşən İpiales kəndi istiqamətində hərəkət edirdi. İlkin ehtimala görə, qəzaya səbəb avtobusda yaranan texniki nasazlıq olub.