...

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 42 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 3 Yanvar 2025 12:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir ki, GÜRZ-35 kod adlı əməliyyat çərçivəsində son bir həftə ərzində 42 şübhəli saxlanılıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə yazıb ki, əməliyyat digər ərazilərlə yanaşı, Ankara, Bursa, Qaziantep, İstanbul, Diyarbakır, Kahramanmaraş və Kayseri vilayətlərini də əhatə edib.

Saxlanılanlar terror təşkilatlarını maliyyələşdirməkdə və sosial şəbəkələrdə qadağan olunmuş ideologiyanı təbliğ etməkdə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti