Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden, 19 nəfəri Prezident Azadlıq Medalına layiq görüb və mükafatları şəxsən təqdim edəcək.
Trend xəbər verir ki, Ağ Evin rəsmi məlumatına əsasən, mükafat alacaq şəxslər arasında 2016-cı ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş keçmiş dövlət katibi Hillari Klinton, milyarder Corc Soros, modelyer Ralf Loren, futbolçu Lionel Messi, musiqiçi Bono və aktyor Denzel Vaşinqton da yer alır.
Prezident Azadlıq Medalı, "Birləşmiş Ştatların tərəqqisinə, dəyərlərinə, təhlükəsizliyinə, dünya sülhünə töhfə verən" və ya digər əlamətdar xidmətlər göstərən şəxslərə təqdim olunan ABŞ-ın ən yüksək mülki mükafatıdır.