Bakı. Trend:
ABŞ əvvəllər kiberhücumlarda iştirakda ittiham olunan Çinin “Integrity Technology Group” şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sənəddə bildirilib ki, səhmləri Şanxay Fond Birjasında satılan şirkət “Flax Typhoon” haker qrupu ilə əlaqəli “botnet” idarə etməkdə şübhəli bilinir.