Bakı. Trend:
ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi elan etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə koordinatoru Con Kirbi deyib.
O, yardım paketinin nə zaman açıqlanacağını və hansı növ silahların tədarük ediləcəyinə dair məlumat verməyib.