...

Bayden yeni neft və qaz yataqlarının işlənməsini qadağan edə bilər

Dünya xəbərləri Materials 4 Yanvar 2025 11:43 (UTC +04:00)
Bayden yeni neft və qaz yataqlarının işlənməsini qadağan edə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ay prezidentlik postunu tərk etməyə hazırlaşan Ağ Ev rəhbəri Co Bayden yanvarın 6-da Sakit Okean və Atlantik okeanın sahilyanı sularında ümumilikdə 2.5 milyon kvadrat kilometr ərazidə yeni neft-qaz yataqlarının işlənməsini qadağan etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Bloomberg nəşri yerli hökumətdən olan mənbələr istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, məhdudiyyətlər Meksika körfəzinin mərkəzi və qərb sularına şamil olunmayacaq. Qeyd olunan ərazilərdə neft hasilatı onillər ərzində aparılıb. Digər su ərazilərində yataqların işlənilməsinə isə ciddi əngəllər qoyulacaq.

Bundan əvvəl keçmiş ABŞ prezidentləri, o cümlədən yeni seçilmiş prezident Donald Tramp da mərcan rifflərini, morjların qidalanma məskənlərinin və digər ərazilərin qorunması məqsədilə oxşar qərarlar qəbul etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti