Bakı. Trend:
Aralıq dənizinin Türkiyənin Antalya şəhəri ərazisində düşən hissəsində 4,5 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanlar Antalyanın müxtəlif bölgələrində hiss edilib.
AFAD-dan verilən açıqlamada yeraltı təkanların yerli vaxtla saat 16:51-də meydana gəldiyi, hazırda hansısa dağıntının qeydə alınmadığı bildirilir.
Zəlzələdən təsirlənən bölgələrdə araşdırma aparılır.