Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 224,3 min ton bentonit istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 105 min ton və ya 1,8 dəfə çoxdur.
2024-cü ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 126,8 min ton təşkil edib.
Eyni zamanda, ötən ilin yanvar-oktyabr aylarında isə Azərbaycanda 14,7 milyon ABŞ dolları dəyərində 181 738 ton bentonit gili istehsal edilib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,1 milyon ABŞ dolları və ya 26,9%, həcm ifadəsində isə 40 705 ton və ya 28,9% çoxdur.