...

Cənubi Koreya qəzaya uğramış təyyarənin səsyazısını araşdırır

Dünya xəbərləri Materials 4 Yanvar 2025 19:07 (UTC +04:00)
Cənubi Koreya qəzaya uğramış təyyarənin səsyazısını araşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada dekabrın 29-da baş verən təyyarə qəzası ilə bağlı müstəntiqlər “Boeing 737-800” təyyarəsindən çıxarılan səsyazıcının tam stenoqramını hazırlamağa çalışırlar.

Trend “Reuters”ə istinadən xəbər verir ki, bu təhlil qəzanın səbəblərinin daha dəqiq müəyyənləşdirilməsinə yardım edəcək.

Xatırladaq ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinə məxsus təyyarə Muan hava limanında qəzaya uğrayıb. Hadisə nəticəsində 179 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti