Bakı. Trend:
ABŞ Dövlət Departamenti Yaponiyaya 3,64 milyard dollara 1,2 minə qədər "AIM-120D-3" və "AIM-120C-8" orta mənzilli hava-hava raketlərinin mümkün satışını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun tərkibində olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Yaponiya hökuməti 1200-ə qədər AIM-120 (D-3/C-8) qabaqcıl orta mənzilli hava-hava raketlərinin və lazımi avadanlıqların alınmasına dair sorğu göndərib”.
Məlumatda deyilir ki, raketlər Hind-Sakit Okean regionunda siyasi sabitlik və iqtisadi tərəqqi üçün güc olan əsas müttəfiqin təhlükəsizliyi üçün vacibdir. Bildirilib ki, bu, Yaponiyanın təhdidlərə qarşı durmaq qabiliyyətini artıracaq.