Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının Xan Yunis şəhərində Fələstinin "HƏMAS" hərəkatının silahlı qanadının komanda mərkəzinə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, "HƏMAS"ın qərargahı humanitar zonanın ərazisindəki Xan Yunis bələdiyyəsinin binasında yerləşib.
"Komanda və idarəetmə mərkəzi terrorçular tərəfindən İsrail Müdafiə Qüvvələrinin və İsrail Dövlətinin qoşunlarına qarşı hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə edilib", - deyə bildirilib.
Hava hücumu hədəfə alınıb və kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib.