Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri cümə axşamı axşam Suriyanın cənubundakı Hələb əyalətində bir sıra hədəflərə hücum edib.
Trend-in məlumatına görə, bu barədə Yaxın Şərq KİV-ləri xəbər verib.
"Al-Watan Online" xəbər nəşrinin məlumatına əsasən, Safira şəhərindəki müdafiə müəssisələri, eləcə də şəhərin kənarında yerləşən tədqiqat mərkəzi bir neçə dəfə vurulub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.