...

Netanyahu Qəzza ilə bağlı danışıqlar üçün Qətərə nümayəndə heyətini göndərəcək

Dünya xəbərləri Materials 2 Yanvar 2025 23:33 (UTC +04:00)
Netanyahu Qəzza ilə bağlı danışıqlar üçün Qətərə nümayəndə heyətini göndərəcək

Bakı. Trend:

İsrail nümayəndə heyəti Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün tezliklə Qətərə gedəcək.

Trend-in məlumatına görə, müvafiq tapşırığı İsrailin baş naziri Benyamin Netanyahu verib.

"Baş nazir Benyamin Netanyahu Dohada "Mossad", İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin nümayəndələrinin də daxil olduğu peşəkar nümayəndə heyəti ilə danışıqların davam etdirilməsini təsdiqləyib", - deyə İsrail baş nazirinin mətbuat xidməti bildirib.

“The Times of Israel”in məlumatına əsasən, İsrail nümayəndə heyəti yanvarın 3-də Qətərin paytaxtına səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti