Bakı. Trend:
Ölüm xəbəri yayılan aktyor Azər Baxşəliyev sağdır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.
O bildirib ki, xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb.
"Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır", - deyə o əlavə edib.
Qeyd edək ki, hazırda onun müalicəsi ATU Tədris Cərrahiyyə Klinikasinda davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl aktyorun ölüm xəbəri yayılmışdı.