Bakı. Trend:
Cənubi Koreya prezidenti Yun Sok Yolun iqamətgahına onu həbs etmək üçün gələn Korrupsiya Araşdırmalarının İstintaq İdarəsinin (CIO) müstəntiqləri dövlət başçısının təhlükəsizlik xidmətinin müqaviməti ilə üzləşiblər.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
"İqamətgahın qarşısında prezidentin mühafizə xidməti prokuror və müstəntiqlər müqavimət göstəriblər", - deyə polis nümayəndəsi bildirib.
Qeyd olunub ki, müstəntiqlər Yun Sok Yolun saxlanılması və iqamətgahda axtarış aparılması üçün order təqdim ediblər, lakin təhlükəsizlik xidmətinin rəhbəri onları binaya buraxmaqdan imtina edib.
Bildirilib ki, istintaq qrupunun həbs qərarını tətbiq etmək üçün bazar ertəsi gününə qədər vaxtı var.