Bakı. Trend:
Avstriya Respublikasının mədəniyyət paytaxtı sayılan Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində, Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə Avstriya Respublikasında fəaliyyət göstərən diaspora fəalları ilə görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Bildirilib ki, tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburq Azərbaycan Evinin rəhbəri Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyinə Azərbaycan Evi haqqında geniş məlumat verib.
Diaspor fəalları ilə görüşün məqsədi diaspora quruculuq işlərində Avstriyada səmərəliliyini artırmaq və gələcək fəaliyyət xəritəsinin müəyyənləşdirilməsi idi.
Bundan əlavə, Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatının üzvləri və diaspor fəalları “ 2024-cü il Diaspor quruculuğunda göstərdiyi fəallığa görə” təşəkkürnaməsi ilə təltif olunub.
Təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, Avstriya Respublikasında Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də, Azərbaycan mədəniyyətinin Avstriya Respublikasında təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə təşəkkürnaməyə layiq görülüblər.
Diaspor fəallarına təşəkkürnamələri Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbər heyətindən Leyla Həmzəyeva və Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov təqdim edib.
Tədbir iştirakçılarına Diasporla İş Üzrə Dövlət Komitəsinin qiymətli hədiyyələri təqdim olunub.
2024-cü il diaspor quruculuğunda göstərdiyi fəallığa görə Gülər Əliyeva, Paşa Əhmədov, Yeganə Özkan, Almaz Eyvazova təltif olunublar.
Sonda diaspor fəalları ilə xatirə şəkli çəkdirilib.