...

"Jeju Air" şirkətinin rəhbərinin Cenubi Koreyadan çıxışına qadağa qoyulub

Dünya xəbərləri Materials 2 Yanvar 2025 23:58 (UTC +04:00)
"Jeju Air" şirkətinin rəhbərinin Cenubi Koreyadan çıxışına qadağa qoyulub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstintaq qrupu 2 nəfərin, o cümlədən "Jeju Air" şirkətinin direktoru Kim E-baenin ölkədən çıxışına qadağa qoyub.

Trend-in məlumatına görə, bu barədə Koreya Respublikasının Çolla Namdo vilayətinin polis idarəsi məlumat yayıb. Müvafiq qadağa Muan aeroportunda axtarışlardan sonra tətbiq edilib.

Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti