Bakı. Trend:
Ötən ilin dekabrın 1-nə maliyyə sektoruna kredit qoyuluşunun həcmi 791.7 milyon manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan xəbər əldə edib.
Məlumata görə, bu, aylıq müqayisədə 5.8 milyon manat (və ya 0,7%) çoxdur.
Eyni zamanda, bu göstərici ötən ilin əvvəlinə nisbətən 222.9 milyon manat (və ya 39,2%), 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 181.1 milyon manat (və ya 29,6%) çoxdur.