...

İsveç Rumıniya üçün yeni "Patriot" sistemləri üçün 27,3 milyon dollar ayırır

Dünya xəbərləri Materials 2 Yanvar 2025 19:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveç hökuməti “Ukraynanın hava hücumundan müdafiəsini dolayısı ilə gücləndirmək” üçün 300 milyon kron (27,3 milyon dollar) ayırıb.

Trend-in məlumatına görə, bu barədə İsveç hökuməti mətbuat xidməti bildirib.

Məlumata əsasən, vəsait Rumıniyaya göndəriləcək ki, o, Ukraynaya köçürülənləri əvəz etmək üçün yeni "Patriot" hava hücumundan müdafiə sistemləri ala bilsin.

Qeyd edək ki, İsveç payızda Almaniyanın rəhbərlik etdiyi Hava Hücumundan Müdafiə üzrə Dərhal Fəaliyyət (IAAD) layihəsində iştirakın bu formasında maraqlı olduğunu açıqladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti