...

AÖS-lə aparılan əməliyyatların sayı və dəyəri kəskin artıb

İqtisadiyyat Materials 2 Yanvar 2025 11:27 (UTC +04:00)
AÖS-lə aparılan əməliyyatların sayı və dəyəri kəskin artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə ümumi dəyəri 84,9 milyon manat olan 72 min ədəd əməliyyat aparılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə, dəyər ifadəsində 13,6 milyon manat (19,1%), həcm ifadəsində isə 22,3 min ədəd (44,9%) çoxdur.

Qeyd edək ki, Ani Ödənişlər Sistemi (AÖS) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sə

rəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılıb.

AÖS-ün yaradılmasında əsas məqsəd Azərbaycanda bank və digər bank olmayan ödəniş xidməti təchizatçılarının müştəriləri olan fiziki və hüquqi şəxslər arasında, həmçinin, bu şəxslərlə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində aparıla bilməsinin təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti