Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 495,5 min ton gips və anhidrit istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31,3 min ton və ya 6,7% çoxdur.
2023-cü ilin ilk 11 ayında ölkədə 464,2 min ton gips və anhidrit istehsal olunmuşdu.
2024-cü ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 27,2 min ton təşkil edib.