...

Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib

Cəmiyyət Materials 2 Yanvar 2025 12:13 (UTC +04:00)
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.

Trend xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.

Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.

Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.

Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.

Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.

Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.

Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi:

Hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Təbii qaz tarifləri:

Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.

Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.

Əhali üzrə illik istehlak həcmi:

- 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

- 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

- 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

- 1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.

- 48% abonent üzrə - 32 qəpik,

- 39% abonent üzrə - 1 manat 43 qəpik,

- 13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Elektrik enerjisi tarifləri:

Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.

Əhali üzrə aylıq istehlak həcmi:

- 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;

- 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;

- 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:

- 65% abonent üzrə - 45 qəpik,

- 20% abonent üzrə - 1 manat 33 qəpik,

- 15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.

Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.

İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi - 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.

Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.

Dərmanların qiymətlərinin tənzimlənməsi:

Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Eyni zamanda, 4 dərman vasitəsinin qiyməti aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.

Cədvəl 1. Təbii qaz üzrə tariflərin müqayisəsi

Göstəricilər

Tariflər (qəpik/m3, ƏDV ilə)

Əvvəlki

Yeni

1.

Təbii qazın pərakəndə satışı

1.1.

Əhali

1.1.1.

illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün

12,0

12,5

1.1.2.

illik istehlak həcminin 1200 - 2500 m3-dək (2500 m3 daxil) hissəsi üçün

20,0

22,0

1.1.3.

illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün

25,0

30,0

1.2.

Qeyri-əhali

1.2.1.

çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

16,5

16,5

1.2.2.

sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri

16,5

18,5

1.2.3.

metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə

20,0

20,5

1.2.4.

sənaye və kənd təsərrüfatı sahələri

22,0

24,0

1.2.5.

digər sahələr

25,0

28,5

2.

Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla ölkə daxilində satılan elektrik enerjisinin (bu qərarın 5-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) istehsalı məqsədləri üçün (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə)

16,5

18,5

Cədvəl 2. Elektrik enerjisi üzrə tariflərin müqayisəsi

Göstəricilər

Tariflər (qəpik / kVts, ƏDV ilə)

Əvvəlki

Yeni

1.

Elektrik enerjisinin təchizatı

1.1.

Əhali

1.1.1.

aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün

8,0

8,4

1.1.2.

aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün

9,0

10,0

1.1.3.

aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün

13,0

15,0

1.2.

Qeyri-əhali

1.2.1.

ticarət və xidmət

11,0

-

1.2.2.

digərləri*

10,0

12,5

1.2.3.

sənaye və kənd təsərrüfatı

10,0

10,6

1.3.

Birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan alüminium sənayesi və ferrosilisium istehsalı sahəsi

1.3.1.

gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər)

6,4

7,0

1.3.2.

gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər)

3,1

3,4

Qeyd:* Qeyri-əhali istehlakçıları üzrə struktur bölgüsü dəyişdirilib. Əvvəl “digərləri” qrupuna “Ticarət və xidmət”dən başqa bütün istehlakçılar daxil idi, yeni qərarda isə “digərləri” qrupuna “Sənaye və kənd təsərrüfatı”ndan başqa bütün istehlakçılar aiddir.

Cədvəl 3. Su təchizatı və tullantı sularının axıdılması şəbəkələrinə qoşulma tarifləri

Əhali abonentləri üzrə:

Sıra №si

Borunun diametri, millimetr

Qoşulma xidmətinə görə ödəniş məbləği (ƏDV ilə, manat)

1.

Su təchizatı şəbəkəsi üzrə

1.1

D32

Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu

200

1.2

Digər inzibati ərazi vahidləri üzrə

170

2.

Tullantı sularının axıdılması şəbəkəsi üzrə

2.1

D150

Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu

345

2.2

Digər inzibati ərazi vahidləri üzrə

290

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə:

Sıra №si

Borunun diametri,

millimetr

Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat)

1.

Su təchizatı şəbəkəsi üzrə

1.1

D32

995

1.2

D40

1015

2.

Tullantı sularının axıdılması şəbəkəsi üzrə

2.1

D150

1635

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə:

Sıra №si

Borunun diametri, millimetr

Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat)

Fiziki qoşulma üçün

Layihələndirmə işləri və fiziki qoşulma üçün

Tikinti-quraşdırma işləri və fiziki qoşulma üçün

Tikinti-quraşdırma, layhələndirmə işləri və fiziki qoşulma üçün

1.

Su təchizatı şəbəkəsi üzrə

1.1

D50

210

410

1255

1455

1.2

D63

215

420

1300

1500

1.3

D90

240

440

1425

1625

1.4

D110

255

455

1530

1730

1.5

D160

315

515

1895

2095

1.6

D225

425

625

2535

2735

1.7

D280

530

730

3190

3390

2.

Tullantı sularının axıdılması şəbəkəsi üzrə

2.1

D200

245

505

2440

2700

2.2

D300

295

555

2940

3200

2.3

D400

350

610

3505

3765

2.4

D500

525

780

5220

5480

2.5

D600

680

940

6780

7040

Məqalədə:
Xəbər lenti

Xəbər lenti